“Omikron”un iki yeni variantı aşkarlandı: "Hələ uzun müddət..."

DÜNYA
10:15 / 15.02.2022
1229

Polşada "Omikron" ştamının iki yeni variantı müəyyən edilib.

HİT.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Valdemar Kraska açıqlama verib.

Nazir hələlik "Omikron"un yeni variantların özlərini necə göstərəcəyini və xəstəliyin gedişatının necə olacağı barədə məlumata malik olmadıqlarını bildirib.

"Koronavirus bizimlə hələ uzun müddət birgə olacaq" - Valdemar Kraska vurğulayıb.

0