Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir.
HİT.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Kadastr Komitəsindən bildirilib.
2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşının əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirilib.
Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.
Vurğulanıb ki, qeyd olunan dövrdə Türkiyə, yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.