Britaniya mətbuatı Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi açıqladı

DÜNYA
20:32 / 15.02.2022
1418

ABŞ-ın “Sun” və “Mirror” agentlikləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən iddia edir ki, Rusiya Müdafiə Nazirliyinin qoşunların çıxarılması ilə bağlı bəyanatlarına baxmayaraq bu ölkənin silahlı qüvvələri sabah (16 fevral) Ukraynaya hücum planlaşdırır. 

Daha əvvəl isə “Politico” qəzeti, məlumatlı mənbələrə istinadən yazırdı ki, ABŞ prezidenti Co Bayden Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə videokonfransda Rusiyanın Ukraynaya hücum tarixinin fevralın 16-sına təsadüf edəcəyini bəyan etmişdi. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu xəbərləri şərh edərkən bildirib ki, bu cür nəşrlərin dərc etdirdikləri məlumatları ciddi qəbul etmək doğru deyil.

Qəzet isə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Rusiya ordusu Ukraynanın hərbi və hökumət komandanlıq məntəqələrinə qarşı hava hücumları təşkil edilə bilər, ardınca isə tank hücumu baş verəcək və gəmilər Ukraynanın cənub sahillərinə daxil olacaq. 

Rəsmi Moskva isə Ukrayna ərazisinə hücumları qəti şəkildə rədd edir və heç kimi təhdid etmədiklərini bəyan edi

1