Avropada CİDDİ GƏRGİNLİK: Finlandiya ordusu "B" PLANINA KEÇDİ

DÜNYA
23:46 / 16.02.2022
1122

Finlandiya Müdafiə Qüvvələri Ukraynadakı vəziyyətlə əlaqədar hazırlıq səviyyəsini yüksəldib.

HİT.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə hərbçilərin bəyanatında deyilir.

"Silahlı qüvvələrin hazırlıq səviyyəsi "BRAVO" ("B") səviyyəsinə qaldırılıb. Hazırlıq səviyyələri sistemi Müdafiə Qoşunlarının şəxsi heyətinin və Müdafiə Qüvvələrinin ərazisində çalışan şəxslərin fəaliyyətini qorumaq üçün nəzərdə tutulub. Məqsəd Müdafiə Qüvvələrinin istənilən şəraitdə öz missiyasını yerinə yetirmək qabiliyyətini təmin etsin”, - deyə məlumatda bildirilir.

Hazırlıq səviyyəsinin şkalası "A"dan "D"yə qədər dörd baldan ibarətdir, burada "A" ən aşağı, "D" isə ən yüksəkdir, indi hazırlıq səviyyəsi "B"dir.

Bu miqyas 2017-ci ildə Finlandiyada tətbiq edilib və eyni zamanda həyəcan vəziyyətləri kimi tanınan oxşar NATO şkalası ilə müqayisə oluna bilər.

Finlandiya parlamentinin Müdafiə Komitəsinin sədri İlkka Kanervanın Finlandiya mediasına verdiyi açıqlamaya görə, hazırlığın artırılmasının səbəbi Ukraynadakı gərgin vəziyyətdir.

"Finlandiyanın müdafiə naziri Antti Kaykkonenin sözlərinə görə, Ukraynada vəziyyətin gərginləşməsi Baltik dənizi və Finlandiya üçün fəsadlar verə bilər", - "Helsingin Sanomat" qəzeti yazır.

0