Rusiya-Ukrayna müharibəsi başlandı? - uşaq bağçası da atəşə tutuldu - FOTO

14:01 / 17.02.2022
1733

Ukrayna ordusu ilə separatçı "Donetsk və Luqansk Xalq respublikaları"nın təmas xəttində gərginlik davam edir. 

Ukrayna mediası xəbər verir ki, Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb. Diqqətə çatdırılıb ki, separatçılar Luqank, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub. Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub. Donbasdakı separatçılar "DXQ"nin nəzarəti altında olan Kominternovo, Oktyabr, Novolaspa, Petrovskoe, Veselenkoe və "LXR"nın isə Nijne Lozovoe, Sokolniki, Donetskiy və s. yaşayış məntəqələrində Ukrayna ordusu ilə atışmaların olduğunu açıqlayıb. Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.

KİV-in yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Luqansk stansiyasını artilleriya qurğularından atəşə tutub. Mərmilərdən biri uşaq bağçasına düşüb. Məlumata görə, mərmi atılan zaman bağçada uşaqlar olub. Nəticədə iki qadın bədən xəsarəti alıb. Baş verənləri şərh edən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbas ətrafında vəziyyətin gərginləşdiyini bildirib. Əlavə edib ki, Kiyev hökuməti son sutka ərzində Donbas ətrafında gərginliyi artırıb. Peskov onu da deyib ki, Rusiya sərhədləri yaxınlığında vəziyyət hər an alovlana bilər./milli.az

0