Zelenski döyüş bölgəsinə yollandı - Müharibə başlayır? (VİDEO)

DÜNYA
14:15 / 17.02.2022
1342

Ukrayna prezidenti Vladimir Zelenski Donbasdakı döyüş bölgəsinə yollanıb. 

Hit.az xəbər verir ki, o, bu barədə "Instaqram" səhifəsində paylaşım edib.

O, paylaşımında mühafizə sistemi ilə yaxından tanış olduğunu bildirib:

"Biz birgə qüvvələrin əməliyyatı bölgəsinə qayıqlarla gedirik. Döyüş patrullarının təşkili və dövlət sərhədinin mühafizəsi sistemi ilə tanış oluruq”.

Qeyd edək ki, bir neçə saat öncə Ukrayna ordusu ilə separatçı "Donetsk və Luqansk Xalq respublikaları"nın təmas xəttində gərginlik yaranıb. Ukrayna Silahlı Qüvvələri Luqansk stansiyasını artilleriya qurğularından atəşə tutub. Mərmilərdən biri uşaq bağçasına düşüb. Məlumata görə, mərmi atılan zaman bağçada uşaqlar olub. Nəticədə iki qadın bədən xəsarəti alıb.

Aysun

0