Hindistanın Odişa əyalətində 43 il ərzində 14 dəfə evlənən və qadınların hesabına dolanan kişi həbs edilib.
Milli.Az xəbər verir ki, fırıldaqçının tarixcəsini Daily Mail nəşr edib.
65 yaşlı Rameş Çandra Svain ilk dəfə 1979-cu ildə evlənib. Təxminən 2010-cu ildən bəri o, boşanmış varlı qadınlara özünü müxtəlif adlarla təqdim edub. Bütün arvadlar müxtəlif ştatlarda yaşayır və bir-birlərinin varlığından xəbərsiz olublar. Polisin bildirdiyinə görə, hər toydan sonra növbəti həyat yoldaşından pul istəməklə yanaşı, əmlakının da ona verilməsini tələb edib. Məqsədinə çatdıqdan sonra gözdən itib.
Lakin fırıldağın üstü qurbanlarından biri sayəsində üzə çıxıb. Svainin evləndiyi qadın telefonunda başqa qadınlardan gələn mesajları görüb, onlarla əlaqə saxlayıb və onların da onunla evli olduğunu öyrənib. Bundan sonra şoka düşən hindistanlı qadın polisə müraciət edib.
Svainin aldadılan qadınlardan nə qədər pul qazandığı hələ də məlum deyil. Saxlandıqdan sonra fırıldaqçıda 5 şəxsiyyət vəsiqəsi aşkar edilib. Onu 7 ilə qədər həbs gözləyir