Almaniya və Avstriya öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
Bu barədə ölkələrin Xarici İşlər Nazirlikləri bəyanatla çıxış edib.
Hər iki ölkə dərhal vətəndaşlarının Ukraynadan çıxmasını istəyib. Yalnız Avstriya Ukraynanın bir sıra qərb vilayətlərindəki vətəndaşlarına müvafiq çağırışı şamil etməyib.
Qeyd edək ki, analoji çağırışla buna qədər Finlandiya, Böyük Britaniya, Niderland və.s ölkələr də çıxış etmişdi