Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə görüş təklif edib.
“Mən Rusiya Prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”, - deyə V.Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, çıxışı zamanı həmçinin Budapeşt Memorandumunun iştirakçı ölkələrinin sammitinin çağırılmasını istədiyini bildirib.