Metroda miqrantlar 2 polisi döydü: 5 ilə qədər həbs...

DÜNYA
21:56 / 19.02.2022
987

Moskvanın "Tulskaya" metro stansiyasında iki polis miqrantlar tərəfindən döyülüb.

Hadisə səhər saatlarında baş verib.

Moskva İstintaq Komitəsinin məlumatına görə, polislər iki miqranta yaxınlaşaraq sənədlərini yoxlamaq istəyib. Polislərin bu hərəkəti miqrantların hiddətinə səbəb olub və sənəd təqdim etməkdən imtina ediblər. Onlarda biri polisin ayaq və baş nahiyəsinə zərbələr endirib. 

Daha sonra miqrantlar hadisə yerindən qaçıblar. Az müddət sonar onların kimliyi müəyyən edilib - Tacikistan vətəndaşları Umar Rasuljozonda və Saidkram Hamroev. Həmroyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Miqrantları 5 ilə qədər həbs cəzası gözləyir. İstintaq davam edir.

2