Keçmiş müdafiə naziri saxlanıldı - FOTO

DÜNYA
09:48 / 21.02.2022
1547

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

 TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.

0