Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Hit.az xəbər verir ki, telefon danışığı zamanı Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə olunub.
Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.