Etna yenidən oyandı

DÜNYA
22:17 / 21.02.2022
1458

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən fəallaşıb.

HİT.az xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanda fevralın 10-dan sonra bu il ikinci dəfə aktivlik müşahidə olunub.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, vulkanın cənub-şərqindəki kraterdə lava axınları müşahidə edilib, bölgədə çox sayda vulkanik zəlzələ baş verib. Yaranan duman geniş əraziyə yayılıb və 11 min metr yüksəkliyə çatıb. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də kül və toz dumanı yayılıb.

Etna vulkanının yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanında aviareyslər ləğv edilib.

Qeyd edək ki, ötən il ərzində Etna vulkanında 50-dən çox lava axını və duman müşahidə olunub.

0