Putin kəşfiyyat direktorunu çətin vəziyyətə saldı: "Açıq danışın" - VİDEO

DÜNYA
23:30 / 21.02.2022
2720

Rusiya prezidenti Vladimir Putin separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın suverenliyinin tanınması məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

"Ölkə.Az” xəbər verir ki, çıxış zamanı Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Putinin bir neçə dəfə "açıq danışmaq" xahişindən sonra separatçı respublikaların müstəqilliyinin tanınmasının tərəfdarı olduğunu ifadə edib. Əvvəlcə o “Qərb tərəfdaşlarına son şansın verilməsinin” tərəfdarı olduğunu və onlara “Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etməyi” təklif edib. Anlaşılmazlıqdan sonra direktor hətta “Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi” təklifini dəstəklədiyini bildirib. Putin isə gülərək söhbətin bununla bağlı olmadığını deyib:

Narışkin: Əks halda, bu gün haqqında danışdığımız qərarı verməliyik.
Vladimir Putin: “Əks halda” nə deməkdir? Danışıqlar prosesinə başlamağı təklif edirsiniz?
Narışkin: Xeyr, mən...
Vladimir Putin: Yoxsa respublikaların suverenliyini tanıyırsınız?
Narışkin: Mən dəstəkləyəcəm...
Vladimir Putin: Birbaşa deyin.
Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəm ...
Vladimir Putin: Mən dəstəkləyəcəyəm, yoxsa dəstəkləyirəm? Açıq danışın, Sergey Yevgeniyeviç.
Narışkin: Mən təklifi dəstəkləyirəm...
Vladimir Putin: Belə deyin.
Narışkin: Mən belə deyirəm, bəli. Mən “Donetsk və Luqansk Xalq Respublikalarının” Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm.
Vladimir Putin: Biz bu barədə danışmırıq, bunu müzakirə etmirik. Söhbət onların müstəqilliyinin tanınıb-tanınmamasından gedir.
Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.
Vladimir Putin: Yaxşı, əyləşin, təşəkkür edirəm. 

5