Rusiyada keçiriləcək daha bir yarış LƏĞV EDİLDİ

DÜNYA
16:33 / 25.02.2022
1174

"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv olunub.

HİT.az-ın məlumatına görə, "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Qeyd edilir ki, Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.

Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.

0