Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ukraynadakı hərbi əməliyyatla bağlı bəyanat yayıb.
HİT.az "TASS"a istinadla bəyanatdan əsas başlıqları təqdim edir:
• Rusiya hərbçiləri Kiyevi Qərbdən bloklayır;
• Volnovaxa istiqamətində bir qrup DNR qoşunu millətçi batalyonların müdafiəsinə doğru 11 kilometr irəliləyib. Luqansk Xalq Respublikasının Severodonetsk istiqamətində bölmələri sürətlə 12 kilometr dərinliyə qədər irəliləyiblər;
• RF Silahlı Qüvvələrinin bölmələri Kiyev və digər şəhərlərin ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Çerniqovun blokadası başa çatıb;
• Rusiya desantları Kiyevin kənarındakı Qostomel aerodromunun yaxınlığında yerə enib;
• APU bölmələri əsasən döyüş əməliyyatlarında iştirak etmir, yalnız ukraynalı nasistlərin batalyonları şiddətli müqavimət göstərir.