“Rusiya Silahlı Qüvvələrinin desantları fevralın 24-ü Kiyev ətrafında yerləşən Qostomel aerodromunun ərazisində uğurlu eniş əməliyyatı həyata keçirib”.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, əməliyyata Rusiyanın 200-dən çox helikopteri cəlb olunub.
Bildirilir ki, əməliyyat zamanı 200-dən çox ukraynalı hərbçi öldürülüb. Rusiya tərəfindən itki olmadığı qeyd olunub./“Qafqazinfo”