Ukrayna ilə danışıqlar üçün nümayəndə heyəti təyin edilib - Peskov

DÜNYA
20:42 / 25.02.2022
1136

Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün nümayəndə heyətini təyin edib.

Hit.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Nümayəndə heyətinə müdafiə və xarici işlər nazirlikləri, Prezident Administrasiyası rəsmilərinin daxil edildiyi də qeyd olunub:

“Bütün bunlar Ukrayna tərəfinə də çatdırılıb”. Bundan əvvəl Zelenski Vladimir Putini danışıqlar masasına çağırıb.

0