Rusiya hərbçiləri Luqansk Stanitsanı, Krımsk və Markovkanı işğal edib.
HİT.az Unian-a istinadla xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının sədri Sergey Qayday məlumat verib.
“Təəssüf ki, Luqansk Stanitsa, Krımsk, Markovka müvəqqəti olaraq ruslar tərəfindən işğal olunub”, - o qeyd edib.
Qayday onu da əlavə edib ki, bütün yaşayış məntəqələrində hakimiyyət nümayəndələri öz yerindədir.