Kiyevin Borodyanka qəsəbəsinə yaşayış binasına mərmi düşüb, üç nəfər həlak olub.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Fevralın 26-da saat 13:38-də 31-ci Dövlət Yanğından Mühafizə Hissəsinin rabitə məntəqəsinə Borodyanka qəsəbəsi, Centralnaya küçəsində fərdi yaşayış binasına mərminin düşməsi barədə məlumat daxil olub. Xilasedicilər hadisə yerinə yola düşüblər. Oraya çatan kimi müəyyən edilib ki, mərminin düşməsi nəticəsində ev tamamilə dağılıb, bir qadın hadisə yerində ölüb”, - məlumatda qeyd edilib.
Fövqəladə Hallar Dövlət Xidmətinin Baş İdarəsindən verilən məlumata görə, zirzəmidə daha çox adam ola bilər. Axtarışlar zamanı daha iki nəfərin meyiti tapılıb.
“Qafqazinfo”