Danimarka, Avstriya və İrlandiya hava məkanını Rusiya təyyarələri üçün bağlayır.
Hit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Danimarka Xarici işlər Nazirliyi həm də bütün Avropa İttifaqı məkanının Rusiya təyyarələrinin girişinə bağlanmasını təklif edib.
Avstriya nəqliyyat naziri Leonore Qevessler artıq Rusiya təyyarələrinin ölkənin hava məkanına girişinə qadağa qoyduqlarını bildirib.
İrlandiya xarici işlər naziri Saymon Koveni də anoloji bəyanatla çıxış edib.