Ukrayna və Rusiya arasında danışıqlar Berlarusun Qomel şəhərində aparılacaq.
HİT.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Ukraynanın Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Belarusdakı Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlara hazırdır.
“Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər”, deyə Peskov vurğulayıb.
Bundan əlavə, Peskov bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə rəsmi Kiyevin Qomel vilayətində Moskva ilə danışıqlara hazır olması barədə bəyanatla müraciət edib.
O xatırladıb ki, Lukaşenko bazar günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb. “Bundan sonra prezident Lukaşenko Rusiya tərəfinə - prezident Putinə Ukrayna tərəfdən siqnallar daxil olduğu üçün Rusiya nümayəndə heyətini geri çağırmamaq xahişi ilə müraciət edib. Ukrayna tərəfi Qomel vilayətində danışıqlara gəlməyə hazır olduqlarını bildirib".