Niderland Ukraynaya “Stinger” daşına bilən raket sistemlərinin böyük partiyasını təhvil verib.
Bu barədə Niderland mətbuatı məlumat yayıb.
Bildirlib ki, silah 6 kilometrə qədər yüksəklikdə hava hədəflərini vura bilir.
Raketi hədəfə yönəltmək və xəbərdarlıq siqnalından sonra “start” düyməsini sıxmaq kifayətdir. Qalan işləri raketin özü yerinə yetirəcək.