Avropa İttifaqı sanksiya siyahısına daha 26 fiziki şəxs və bir şirkəti daxil edib.
Hit.az xəbər verir ki, sənəd Aİ-nin rəsmi saytında dərc olunub.
Siyahıda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının sabiq komandanı, Cənub Hərbi Dairəsinin komandir müavini Rüstəm Muradovun da adı var.
Xatırladaq ki, iki gün əvvəl Aİ və Böyük Britaniya Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmişdi.