“Xerson şəhəri Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb”.
Bunu hazırda Xerson şəhərində olan jurnalist Alena Panina bildirib.
O qeyd edib ki, Rusiya hərbçiləri şəhərdə postlar qurublar:
“Şəhər faktiki olaraq mühasirəyə alınıb, bütün istiqamətlərdə çoxlu Rusiya hərbçisi, hərbi texnikası var, onlar şəhərin çıxışında postlar qurublar”.
Rusiya piyada qoşunları şərq tərəfdən şəhərə daxil olub və daxilə doğru irəliləyir.