Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeritdiyi birləşmələri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərindəki hədəfləri vurmaq üçün vakuum aviasiya bombalarını işə salıb.
HİT.az Ukrayna mediasına istinadən bildirir ki, vakuum bombaları bir çox beynəlxalq anlaşmalarda istifadəsi qəti qadağan olunmuş sursat növlərindən biri sayılır.
Axtırkaya vakuum bombasının atılması barədə şəhərin meri Pavel Kuzmenko məlumat verib.
Rusiya Silahlı Qüvvələrində olan AVBPM tipli vakuum bombasında 7100 kşq partladıcı maddə var. Bu isə trotil ekvivalenti ilə 44 ton deməkdir. Sözügedən aviabombanın partlayışının radiusu 300 metrdir. Partlayış o qədər güclü olur ki, vakuum aviabombasının düşdüyü yerdən 2,24 km aralıdakı insanı partlışın zərbə dalğası yerə yıxır.
Hərbi ekspertlər vakuum aviabombasını "dəhşətli silah" kimi səciyyələndirirlər.