Ukraynanın Xarkov şəhərinə raket zərbəsi endirilməsindən sonra geniş ərazidə dağıntılar baş verib.
HİT.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Xarkov Vilayət Dövlət Administrasiyasının binasının atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla 6 nəfər xəsarət alıb.
Ölənlərin sayı dəqiqləşdirilir.
Qeyd edilib ki, opera binasının damında baş verən yanğın söndürülüb.
Məlumata görə, ərazidəki axtarış-xilasetmə tədbirlərinə 7 briqada və 40-dan çox canlı qüvvə cəlb edilib.
Xarkovun partlayışdan sonrakı videosunu təqdim edirik:
//olke.az