Vladimir Putinin oxşarı Slavek Sobola Rusiyanın Ukraynanın işğalını davam etdirdiyi üçün təhlükəsizliyindən qorxduğunu etiraf edib.
HİT.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, o, ukraynalılar və doğma şəhərində yerləşən müharibə əleyhdarın ona qarşı çıxa biləcəyini hesab edir.
53 yaşlı Slavek Solbola bildirib ki, 8 ildir ki, Putinin oxşarı kimi işləyib.
Polşanın Vroslav şəhərində yaşayan doppelqanqer, Rusiya prezidentinin keçən həftə "xüsusi hərbi əməliyyatına" başladığını elan etdiyi vaxtdan bəri gərgindir. İndi o qorxur ki, onun Rusiya liderinə qeyri-adi bənzərliyi sayəsində yerli sakinlər və qaçqınlar onu hədəfə alacaq:
"Müharibədən əvvəl mən küçədə təhlükəsizliyim üçün qorxmurdum, amma indi müharibə başlayanda, Putin Ukraynaya hücum edəndə bir az qorxuram, çünki bizim Vroslav şəhərimizdə Ukraynadan burada işləyən və yaşayan çoxlu insan var.
Mən səkkiz il Putinin bənzəri kimi işləmişəm və bu müddət ərzində çoxlu pul qazanmışam".
Savek Rusiyanın Ukraynaya qarşı məlum təcavüzündən sonra Rusiya lideri haqqında fikirlərini dəyişib və davam edən müharibədən qazanc əldə etməyəcəyinə söz verib: "Ona (Putinə) çox hörmətim var idi, amma indi düşünürəm ki, bu adam çox pislik edib və mən bu gün onun rolunu gələcəkdə necə oynayacağımı bilmirəm.
"Müharibə ilə bağlı bu vəziyyətdə mən Ukraynanın yanındayam. Düşünürəm ki, onlar mübarizə aparmalıdırlar".