Dubay e-ticarətin "paytaxtı" olacaq

DÜNYA
18:49 / 26.05.2020
1211

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay şəhərinin səlahiyyətliləri, internet mağazalarında pərakəndə satış üçün xüsusi zona açmağı planlaşdırır.

Hit.Az ted.az-a istinadən bildirir ki, Dubay hökuməti "Dubai Commercity" adlı elektron kommersiya nəzərdə tutulmuş yeni sərbəst ticarət zonasını açmağa hazırlaşır.

"Dubai Commercity" internetdə pərakəndə satışın bazası rolunu oynayacaq.

Zonanın sahəsi 2,1 milyon kvadrat metr olacaq.

Qeyd edək ki, "Dubai Commercity"nin ilk tikililərinin 2020-ci ilin noyabr ayında açılması nəzərdə tutulur, layihə 2023-cü ilə qədər tam icra ediləcək.

0