Rusiyanın bu bankları SWIFT-dən çıxarıldı

DÜNYA
18:10 / 02.03.2022
1451

Avropa İttifaqı (Aİ) Rusiyanın sanksiyalara məruz qalan VTB, “Rossiya”, “Otkritie” və digər banklarını SWIFT-dən ayırıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, adışəkilən banklarla yanaşı, həmçinin, “Novikombank”, “Promsvyazbank”, “Sovcombank” və “VEB.RF” bankları da SWIFT-dən çıxarılıb.

Qeyd edək ki, ötən ayın sonunda Aİ xarici işlər nazirləri Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılması və Rusiya Bankının aktivlərinin dondurulması barədə razılığa gəlmişdilər.

0