Rusiya qüvvələri yenidən Xarkova hava hücumu təşkil ediblər.
HİT.az xəbər verir ki, bu barədə “Suspilne news” məlumat yayıb.
Bildirilib ki, bu dəfə partlayış Xarkov televiziyasının yaxınlığında olub.
Ukrayna vətəndaşı, Krım tatarı olan jurnalist Gülsüm Xəlilova isə özünün Tvitter hesabında Xarkovdakı indiki vəziyyəti əks etdirən fotonu “Son dəqiqə, Xarkov” yazaraq paylaşıb.