Ötən gecə Kiyevdə güclü partlayışlar olub, hava hücumundan müdafiə qüvvələri düşmən raketlərini vurub.
32gun.az xəbər verir ki, bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələrinin Telegram kanalında məlumat verilib.
Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, şəhər infrastrukturu normal işləyir: istilik, su, işıq, bütün ərazilərdə rabitə mövcuddur.
O, əlavə edib ki, raket parçaları dəmir yolu vağzalının yaxınlığındakı istilik magistralını zədələyib. İstilik təchizatı üçün heç bir təhlükə yoxdur, səhər saatlarından başlayaraq təcili yardım briqadaları zədələnmiş yerləri təmir edib.
Partlayışların sayı və yeri barədə məlumatlar dəqiqləşdirilir.