Ukrayna Ali Radasının Hüquq-mühafizə Komitəsi hərbi vəziyyət zamanı düşmən hərbçilərinə müqavimət göstərmək üçün mülki əhalinin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə komitə sədrinin birinci müavini, xalq deputatı Andrey Osadçuk Facebook səhifəsində məlumat verib.
“Ukrayna Ali Radasının Hüquq Mühafizə Komitəsi indicə yekdilliklə talanlara görə cinayət məsuliyyətinin əhəmiyyətli dərəcədə artırılmasının lehinə səs verib. Bundan əlavə olaraq hərbi vəziyyət dövründə Rusiya Federasiyasının və digər ölkənin silahlı təcavüzünü dəf etmək üçün mülki əhalinin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırılır”, - məlumatda deyilir.