“Türkiyənin pilotsuz uçuş aparatları sahəsində dünyada ilk üçlüyə girdiyini deyə bilərik”.
Hit.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar bildirib.
O qeyd edib ki, Türkiyə dünyada əhəmiyyətli mövqeyə sahibdir. Onun sözlərinə görə, Türkiyədə artıq PUA istehsalatında 93 faiz yerli texnoloqiya istifadə olunur.