Rusiya NATO-nun Norveçdə keçiriləcək təlimlərinə müşahidəçi göndərməkdən imtina edib.
Hit.az APA-ya istinadla xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü bildirib ki, Rusiya tərəfi müraciəti nəzakətli şəkildə rədd edib. İmtinanın səbəbi izah edilməyib.
Qeyd edək ki, NATO-nun “Cold Response 2022” təlimləri martın ortalarından başlayaraq aprelədək davam edəcək. Norveçdə keçiriləcək təlimlərdə 27 ölkədən 30 000 hərbçinin iştirakı nəzərdə tutulub. Manevrləri hər il NATO-ya üzv olmayan ölkələrdən və ATƏT-dən yüzlərlə müşahidəçi izləyir. Rusiya indiyədək bu təlimlərə müşahidəçi göndərməkdən imtina etməyib.