Xəbər verdiyimiz kimi, bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya qaçdığını iddia edib.
Hit.az xəbər verir ki, Ukrayna tərəfi bu məlumatı təkzib edib. Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti bildirib ki, Rusiya infornasiya müharibəsi aparmağa davam edirlər.
"Onlar prezident Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxta məlumat yayıblar. Bu, həqiqətə uyğun deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın", - deyə məlumatda bildirilir.