Rusiya hərbçiləri Donetskdə bataqlıqda ilişib qaldı, əsir düşdü

DÜNYA
22:45 / 04.03.2022
1235

Rusiya hərbçiləri Donetsk vilayətində öz "tapşırığını” yerinə yetirərkən bataqlığa ilişib qalıblar. Rusiya Federasiyası Silahlı Qüvvələrinin 70-ci qvardiya motoatıcı alayının 2-ci motoatıcı batalyonunun iki əsgərini saxlamaq mümkün olub.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"İstintaqın məlumatına görə, 2022-ci il fevralın 24-də işğalçı ölkənin ordusunun 36 və 29 yaşlı BMP-3 komandiri və sürücüsü Krım Muxtar Respublikasının Simferopol vilayətindən Rusiya komandanlığının cinayət əmrini yerinə yetirmək üçün Ukraynanın nəzarət etdiyi əraziyə gedib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, işğalçılar təcavüzü davam etdirmək üçün Ukraynanın nəzarət-buraxılış məntəqələri və hərbçilərinin dislokasiya məntəqələrini axtarmalı imişlər.

0