Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı AÇIQLANDI

DÜNYA
11:09 / 05.03.2022
2139

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri düşmənin ən azı 39 təyyarəsini və 40 helikopterini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, ölkənin hava hücumundan müdafiəsi düşmən təyyarələrini məhv etməkdə və işğalçıların texnika və canlı qüvvəsinin kolonnalarına hava zərbələri endirməkdə davam edir.

"Dünən rus işğalçıları üç "oyunçusunu" - Su-25 hücum təyyarəsini itirdi. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub", - deyə məlumatda deyilir.

0