Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopteri vurulub

18:09 / 05.03.2022
486

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.

Hit.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub. Günün əvvəlində Rusiyaya məxsus daha bir helikopter Ukrayna tərəfindən vurulmuşdu.

Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.

0