İsrailin baş naziri Naftali Bennet Moskvaya səfər edib.
Bu barədə jurnalist Barak David “Twitter” hesabında yazıb. Faktı Kremlin mətbuat xidməti də təsdiqləyib.
Səfər çərçivəsində İsrailin baş naziri Rusiya lideri Vladimir Putinlə görüşüb.
Görüş zamanı Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar müzakirə edilib.