İrpendə ukraynalı aktyor və teleaparıcı Paşa Li Rusiya ordusunun atəşi nəticəsində dünyasını dəyişib
32gun.az verir ki, bu barədə vəkil Yaroslav Kuts məlumat yayıb.
Həmçinin Ukrayna mətbuatının məlumatına görə, hər ikisi televiziyada işləyirdilər və hərbi əməliyyatlar başlamazdan əvvəl İrpendə yaşayırdılar. Paşa Li fevral ayından etibarən “Den” TV kanalında veriliş aparırdı.
İrpen bir neçə gündür ki, Rusiya ordusunun güclü atəşi altındadır. Məlumata görə, şəhəri tərk etmək istəyəndə Rusiya ordusu mülki avtomobillərə atəş açır.