Ukrayna Krımı Rusiya kimi tanımalı, həmçinin Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) müstəqilliyini tanımalıdır.
Hİt.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Kiyev konstitusiyaya dəyişiklik etməli və “istənilən bloka qoşulmaq” iddialarından əl çəkməlidir.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Rusiya Ukraynaya bildirib ki, Kiyev Moskvanın şərtlərinə əməl etsə, istənilən vaxt xüsusi əməliyyatı dayandıra bilər.