"Danışıqların 4-cü raundu da Belarusda keçiriləcək"

DÜNYA
23:29 / 07.03.2022
533

Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri açıqlanıb. 

Hit.az xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski məlumat yayıb. 

"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək. Növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək. Dəqiq tarix isə bilinmir", - Slutski bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində danışıqların 3-cü raundu baş tutub.

0