Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.
HİT.az UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.
Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.
Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.