Ukraynada müharibə bitir? - Zelinskidən gözlənilməz açıqlama

13:00 / 08.03.2022
2724

Ukrayna Prezidenti Volodimir Zelenski Krım məsələsini Rusiya ilə müzakirə etməyə hazır olduğunu bildirib.

“Ölkə.Az” xəbər verir ki, o bunu Krımın və Donbasın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Bildirib ki, Krım və Donbasda gələcəkdə insanların necə yaşayacağını müzakirə etmək və hansısa kompromisə gəlmək olar.

Putinin Ukrayna məsələləri üzrə köməkçisi Medinski də bəyan edib ki, Krım və Donbas məsələsində ümumi razılığa gəlmək olar.

0