Rusiyadan bu avadanlıqları çıxarmaq mümkün olmayacaq - QADAĞA QOYULDU

DÜNYA
13:49 / 08.03.2022
1394

Rusiyanın Baş naziri Mixail Mişustin yeni fərman imzalayıb. 

Sfera.az TASS-a istinadla xəbər verir ki, fərmana əsasən, sanksiyalara qoşulan ölkələrdən gətirilən xarici tibbi cihazların ölkədən ixracına müvəqqəti qadağa qoyulur.

Bildirilir ki, söhbət sanksiyalara qoşulan dövlətlərdən gətirilən və hazırda idxalçıların anbarlarında olan və ya gömrük prosedurlarından keçən tibbi cihazlardan gedir.
 
"Hökumətin qərarı dost olmayan dövlətlərin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər ucbtından Rusiyada tibbi cihazların çatışmazlığının qarşısını alacaq”, - deyə sənəddə vurğulanıb.

0