"NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını anladıqdan sonra bu məsələyə marağım itdi. Alyans mübahisəli şeylərdən və Rusiya ilə qarşıdurmadan qorxur. Bizə təhlükəsizlik təminatı lazımdır.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibəsində deyib. O daha sonra qeyd edib:
"Hesab edirəm ki, Krım və Donbassın tanınması haqda müzakirə edib, kompromis tapa bilərik. Biz dialoqa hazırıq, amma təslimiyyətə hazır deyilik”.