Prezident Volodmir Zelenski dünyanı müharibə qaydalarını pozmaqda davam edən rus işğalçılarının qeyri-insani hərəkətlərinin miqyasını dərk etməyə çağırıb.
HİT.az xəbər verir ki, Zelenski bu sözləri 8 Mart müraciətində deyib.
"İşğalçılar bilərəkdən rabitəni kəsirlər. Ərzaq, su təchizatını bilərəkdən əngəlləyirlər. Elektrik enerjisini kəsirlər.
Mariupolda onilliklər ərzində ilk dəfə, görünür, faşist işğalından sonra ilk dəfə bir uşaq susuzluqdan öldü.
Eşidin məni, əziz tərəfdaşlar! Susuzluqdan. Uşaq öldü. 2022-ci ildə!"
Dövlət başçısı vurğulayıb ki, Ukraynada hava zərbələri nəticəsində və blokadaya alınmış şəhərlərdə hər bir insanın ölümündə günah, təbii ki, Rusiya dövlətinin, Rusiya hərbçilərinindir.
Ancaq bunun məsuliyyəti 13 gündür hardasa Qərbdə, haradasa ofislərində Ukrayna səmasını qorumaq üçün lazımi qərarı qəbul edə bilməyənlərin üzərinə düşür.