Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur:
"Cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir. Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər. Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar. Şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir. Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb. Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir. Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər. Rusiya qoşunlarının şəxsi heyəti arasında çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır".
Qeyd edək ki, martın 9-da Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür.