Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək.
Hit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Lavrovun Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Antalya Diplomatik Forumu 11-13 mart tarixlərində keçiriləcək